“Joğovurd”: Ermənistanın keçmiş müdafiə nazirinin işi yekun mərhələyə yaxınlaşır

2026/06/1781155597.jpg
Oxunub: 231     09:23     11 İyun 2026    
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və bir sıra keçmiş Müdafiə Nazirliyi rəsmilərinə qarşı açılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatmaq üzrədir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, iş üzrə daha iki məhkəmə iclası keçiriləcək, bundan sonra hakim Vahe Dolmazyan hökm çıxarmaq üçün müşavirə otağına yollanacaq.

“Təxminən beş il əvvəl başlanmış cinayət işi hazırda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində yekun mərhələyə çatıb.

Xatırladaq ki, Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamentində hərbi sursatların alınması prosesində ehtimal edilən sui-istifadə halları ilə bağlı cinayət işi başlanmışdı. İş üzrə yeddi nəfərə, o cümlədən keçmiş müdafiə naziri David Tonoyana, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Artak Davtyana və Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyana ittiham irəli sürülüb.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərin hamısı hazırda azadlıqdadır və iş Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində qapalı qaydada araşdırılır”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tonoyan  


Bizi "telegram"da izləyin