ABŞ Avropadakı tərəfdaşlarını silah tədarükündə gecikmələr barədə xəbərdar edib

2025/09/1757060673.jpg
Oxunub: 362     14:23     17 Aprel 2026    
Vaşinqton qüvvədə olan müqavilələr çərçivəsində bəzi silahların təhvilində mümkün gecikmələr barədə Avropadakı müttəfiqlərini məlumatlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi bir neçə mənbəyə istinadən bildirib.

Səbəb Yaxın Şərqdəki müharibənin ABŞ ehtiyatlarını tükətməsidir.

Gecikmələr Baltik və Skandinaviya ölkələrinə də təsir edəcək. Bunlara müxtəlif növ sursatlar, o cümlədən həm hücum, həm də müdafiə məqsədilə istifadə olunan vasitələr daxildir.

Təhvil Foreign Military Sales proqramı çərçivəsində həyata keçirilir. Bu proqram vasitəsilə xarici ölkələr ABŞ hökumətinin dəstəyi və təsdiqi ilə Amerika silahları əldə edirlər.

Qeyd olunur ki, Tramp administrasiyası NATO üzrə Avropalı müttəfiqləri bu proqram vasitəsilə daha çox Amerika texnikası almağa fəal şəkildə təşviq edib. Lakin xroniki gecikmələr Avropada narazılığı artırır və Avropanın öz silah sistemlərinə marağı gücləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa  


Bizi "telegram"da izləyin