Nikol Paşinyan Avropa Parlamentində çıxış edəcək

2026/03/1772775337.jpg
Oxunub: 381     14:14     09 Mart 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi saytında bildirilib.

“Paşinyanın çıxışı 7 iyun 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində baş tutur. Gözlənilir ki, bu seçkilər ölkənin Avropa İttifaqı ilə sürətlə inkişaf edən münasibətlərinin gələcək istiqamətini və qonşu Azərbaycan ilə sülh prosesini müəyyən edəcək. Ermənistan hökuməti Bakı ilə uzunmüddətli sülhə nail olmağa, Türkiyə ilə münasibətləri normallaşdırmağa, Qərblə yaxınlaşmağa və gələcəkdə Avropa İttifaqına mümkün üzvlüyə sadiqdir”, - deyə saytda qeyd edilir.

Həmçinin bildirilir ki, Avropa İttifaqı hazırda Ermənistanla vizasız rejim üzrə dialoq aparır. Avropa İttifaqı-Ermənistan sammitinin mayın 5-də keçirilməsi planlaşdırılır.

Bu, Paşinyanın Avropa Parlamentində 2023-cü ildəki əvvəlki səfərindən sonra ikinci çıxışı olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Avropa-Parlamenti  


Bizi "telegram"da izləyin