Vens: “Trampın ətrafı onu İrana qarşı əməliyyatın məqsədlərini dəyişməyə inandırmağa çalışıb”

2026/06/1782365422.jpg
Oxunub: 215     12:51     26 İyun 2026    
ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Prezident Donald Trampın ətrafındakı bəzi şəxslər onu İrana qarşı həyata keçirilən hərbi əməliyyatın məqsədlərini genişləndirməyə razı salmağa çalışıblar.

Ordu.az xəbər verir ki, Cey Di Vens bu barədə Bürgenştokda Tehranla qarşılıqlı anlaşma memorandumunun icrası ilə bağlı danışıqları şərh edərkən danışıb.

Vens bildirib ki, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatın məqsədlərini genişləndirməməsi bəzi şəxslərdə narazılıq yaradıb.

“Bəzi dostlarımız belə bizi tənqid etdilər. Bunun səbəblərindən biri də onların Donald Trampın əvvəlcədən müəyyən etdiyi məqsədi daim dəyişməyə çalışmaları idi. O dedi: “Mən onların adi silahlarını məhv etmək, güc nümayiş etdirmək imkanını əllərindən almaq və heç vaxt nüvə silahına sahib olmamalarını təmin etmək istəyirəm”. Amma bəziləri deyirdi: “Bütün bunlar yaxşıdır, lakin siz başqa məqsəd də qarşıya qoymalısınız”. Düşünürəm ki, Prezidentin uğurunun səbəbi məhz bu təzyiqlərə boyun əyməməsidir”, - deyə ABŞ vitse-prezidenti vurğulayıb.

Vens çıxışı zamanı əlavə edib ki, proses hələ başa çatmayıb, lakin hələlik hər şey yaxşı gedir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Tramp   ABŞ  


Bizi "telegram"da izləyin