Sumqayıtda “Vida yeri-Lələtəpə” adlı sənədli filmin təqdimatı keçirilib - VİDEO+FOTOLAR
Oxunub: 640
13:18
26 İyun 2026
Daha bir şəhidimiz haqqında sənədli film çəkilərək tamaşaçılara təqdim edilib.
Ordu.az xəbər verir ki, Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Şəhid Məmmədov İlqar Əsgər oğlunun şərəfli döyüş yolundan bəhs edən film “Vida yeri-Lələtəpə” adlanır.
Bu ekran nümunəsi ilk dəfə Sumqayıt şəhəri Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində nümayiş etdirilib. Təqdimat məraisimində qəhrəmanımızın ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, Cəbrayıl Rayon İcra Hakimiyyətinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Filmin çəkilməsində təşkilatçılığı şəhid İlqar Məmmədovun döyüş yoldaşı, müharibə veteranı Səkinə Həmidova həyta keçirib, ssenari müəllifi və rejissoru isə uzun illər keçmiş cəbhə bölgəsində çalışmış jurnalist Teymur Zahidoğludur.
Müəllif Xəzər Tv-yə “Vida yeri-Lələtəpə”haqqında qısa məlumat verib, şəhidin bacısı isə yaradıcı kollektivə və tədbir iştirakçılarına minnətdarlıqlarını bildirib.