“Miilux Protection” “Paris Eurosatory 2026” sərgisində yeni məhsullarını nümayiş etdirib

2026/06/cvxcv-1782464809.jpg
Oxunub: 250     13:03     26 İyun 2026    
OYAK şirkətlər qrupuna daxil olan “Miilux OY” Avropanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan “Paris Eurosatory 2026”da iştirak edərək yeni nəsil zireh poladı məhsullarını ilk dəfə nümayiş etdirib.

Ordu.az xəbər verir ki, Türkiyənin ilk və yeganə yastı polad istilik emalı müəssisəsində istehsal həyata keçirən “Miilux OY” sərgidə yeni məhsulları olan “Miilux Protection 650T” və “Miilux Protection 560T”ni ilk dəfə nümayiş etdirib.

Türkiyənin yerli və milli zireh poladı istehsalçısı olan “Miilux OY” Parisdə keçirilən Eurosatory 2026 sərgisində məhsullarını təqdim edib.

“Gələcəyinizi qoruyun” şüarı ilə təşkil olunan beynəlxalq Eurosatory 2026 sərgisi 2026-cı il iyunun 15-dən 19-dək Parisdə “Müdafiə və təhlükəsizlik sahəsindəki çağırışları öncədən görmək” mövzusu altında keçirilib.

Eurosatory 2026 sərgisində iştirak edən “Miilux OY” başda “Miilux Protection 560T” və “Miilux Protection 650T” olmaqla yeni məhsullarını, eləcə də digər zireh poladı həllərini işgüzar tərəfdaşlarına təqdim edib və onların xüsusiyyətləri barədə ətraflı məlumat verib.

“Eurosatory 2026” beş gün ərzində istehsalçıları, startapları və aparıcı mütəxəssisləri bir araya gətirərək müdafiə və təhlükəsizlik sahəsində mövcud tələbatlara ən uyğun həllərin müəyyənləşdirilməsi üçün geniş imkan yaradıb.

185 min kvadratmetrdən artıq ərazini əhatə edən sərgi ölkələrin müdafiə sahəsində yenidənqurma meyillərinin qlobal miqyasda nə qədər mühüm rol oynadığını və bu sahənin cəlbediciliyini bir daha nümayiş etdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Miilux-Protection   Paris-Eurosatory-2026  


Bizi "telegram"da izləyin