Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı 7 partiyanın iddiasına baxmağa başlayıb

2026/06/1782464105.jpg
Oxunub: 225     12:49     26 İyun 2026    
Ermənistan Konstitusiya Məhkəməsi iyunun 7-də keçirilmiş seçkilərin nəticələrinin etibarsız sayılması tələbi ilə 7 siyasi qüvvənin birgə təqdim etdiyi iddianın baxışına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, iclas Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyanın sədrliyi ilə keçirilir.

Qeyd edilir ki, iş üzrə məruzəçi Konstitusiya Məhkəməsinin hakimi Edqar Şatiryandır. Cavabdeh qismində Ermənistan Mərkəzi Seçki Komissiyası çıxış edir. İş üzrə müvafiq qurumlar Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə Komitəsidir.

Üçüncü tərəf qismində “Vətəndaş Müqaviləsi” partiyası iştirak edir. Partiyanın nümayəndələri arasında partiya idarə heyətinin üzvü kimi çıxış edən Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan da yer alır.

Bütün tərəflər və onların səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya-Məhkəməsi  


Bizi "telegram"da izləyin