Paşinyanın komanda yoldaşı parlament sədrinin müavini vəzifəsinə namizəd göstərilib

2026/06/1782465331.jpg
Oxunub: 216     13:11     26 İyun 2026    
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasının deputatı Alxas Qazaryan parlament sədrinin müavini vəzifəsinə namizəd göstərilib.

Ordu.az xəbər verir ki, bu barədə Alxas Qazaryan “News.am”a açıqlamasında məlumat verib.

O bildirib ki, namizədliyi artıq irəli sürülüb.

Bundan əvvəl “Vətəndaş Müqaviləsi” partiyasının fraksiyasından Vahaqn Aleksanyanın da parlament sədrinin müavini vəzifəsinə namizəd göstərildiyi məlum olmuşdu.

Nəşr xatırladıb ki, ötən gün “Vətəndaş Müqaviləsi” partiyası qapalı gizli səsvermə nəticəsində yeni parlamentdə parlament sədri vəzifəsinə Ruben Rubinyanın namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaryan   Ermənistan  


Bizi "telegram"da izləyin