Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor Vahe Davtyan yazıb.
“Bu gün məlum olub ki, İsrail diplomatik kanallar vasitəsilə BƏƏ-yə mövcud vəziyyətdən istifadə edərək üç mübahisəli adanı, Əbu Musa adası, Böyük Tunb və Kiçik Tunb ələ keçirməyi təklif edib.
1971-ci ildən etibarən bu adalar İranla BƏƏ arasında ərazi mübahisəsinin predmetidir”, - deyə o qeyd edib.
Davtyanın qiymətləndirməsinə görə, adaların strateji əhəmiyyəti ondan ibarətdir ki, onlar Hörmüz boğazının girişində yerləşir və buna görə də limanları, eləcə də Fars körfəzi ilə Oman körfəzi arasında dəniz nəqliyyatı marşrutlarını nəzarətdə saxlamağa imkan verir.
“Bu mövqe yalnız tanker hərəkətini izləmək və idarə etmək deyil, həm də lazım gəldikdə regiondakı güclərə qarşı təzyiq və strateji təsir rıçaqlarını işə salmağa imkan yaradır.
Və bu, Yaxın Şərqdə ən genişmiqyaslı raket sistemi ilə yanaşı, İranın hərbi arsenalının əsas elementlərindən biridir”, - deyə Davtyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az