" Davtyan " sözünə uyğun nəticə tapıldı!

"Davtyan" - (166 )

Ermənistan BQ rəisi: “İstefa verməyə hazırlaşmıram”

2020/02/34534-1582023563.jpg
Oxunub: 801     14:56     18 Fevral 2020    
“İstefa verməyə hazırlaşmıram”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə görüş zamanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan orduda son zamanlar baş verən ölüm hadisələrinə toxunarkən bildirib.

O qeyd edib ki, barəsində vurğulanan 13 qurbandan 4-ü xəstəlik, 4-ü bədbəxt hadisə nəticəsində olub.

“Bəzi qurbanlar halında mən dəfn mərasimində iştirak etmişəm və həmin hərbi hissələrdə olmuşam, bunlardan peşman deyiləm”, - deyə Davtyan bildirib.

Davtyan vurğulayıb ki, əgər prinsipial problemlər yaranarsa, lazım gələrsə, istefa verərəm, mən hər hansı problem görmürəm.

“Ziddiyətləri (Ermənistan Müdafiə naziri Davit Tonoyanı nəzərdə tutur - red.) əslində olduğundan daha çox təqdim edirlər və yazırlar”, - deyə Davtyan qeyd edib.

O qeyd edib ki, orduda kadr dəyişiklikləri olacaq, bunlar barədə rəsmi şəkildə fərmanlar olacaq.

Vəzifədən azad olunmalarla bağlı suala Davtyan bildirib ki, bu onun səlahiyyət dairəsində deyil.

“Qarabağ “komandiri”nin istefası bizim səlahiyyət problemimiz deyil, bu, Qarabağ “rəhbəri”nin problemidir. Ümumiyyətlə, mən şərh edə bilmərəm, çünki bu, Baş nazirin səlahiyyətindədir və Ermənistan prezidentinin fərmanları ilə tənzimlənir. Rəhbərliyimiz hansı qərarı qəbul etsə, biz onu yerinə yetirməyə borcluyuq”, - deyə erməni BQ rəisi qeyd edib.

Davtyanın sözlərinə görə, orduda cinayət submədəniyyəti barədə cavablar cinayət işi çərçivəsində verilməlidir: “Ümumi böyük qlobal mənada bu cür elementlər, ələbəttə, cəmiyyətdə olduğu kimi orduda da var. Bu, cəmiyyətdə ola və orduda olmaya bilməz. Əlbəttə, işləməyə kifayət qədər sahəmiz var”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Davtyan   İstefa