İsrailin iyunun 13-də İrana qarşı başladığı və sonradan ABŞ-nin müdaxiləsi ilə genişlənən münaqişə dövrü bizə çox şey öyrətdi. Bir ölkənin müdafiəsinin necə qurulması lazım olduğu ilə bağlı götürülməli dərslər ortaya çıxdı.
Bunlardan ən önəmlisi budur ki, İranın çox güclü raketlərə malik olduğu iddialarına baxmayaraq, onlar tam effektli ola bilmədi. İsrailin “Dəmir Günbəz” Hava Hücumundan Müdafiə (HHM) sisteminə malik olmasına baxmayaraq, bu sistem İsraili tam mənasıyla qoruya bilmədi.
Bu vəziyyət göstərdi ki, silah sahibi olmaq qədər, mövcud silah və müdafiə vasitələrini effektiv istifadə etmə bacarığı da son dərəcə vacibdir.
“Eurofighter” təyyarələrinin alınması müdafiə sahəsində ölkəmizdə şaxələnmənin artırılması baxımından çox əhəmiyyətlidir.
İran-İsrail müharibəsindən öyrəndiyimiz kimi, bütün yumurtaları eyni səbətə qoymaq olmaz. Bu, müxtəlif sistemlərin güclü və zəif tərəflərindən birlikdə istifadə edilməklə, ölkəmizin müdafiəsinin gücləndirilməsinin vacibliyini bizə göstərdi.

İsrail İranda yaratdığı gizli şəbəkələrlə orada Pilotsuz Uçuş Aparatı (PUA) istehsal edərək, ölkənin HHM-ni, hava limanlarını və vacib obyektlərini bir gündə müdafiəsiz vəziyyətə saldı. Yəni bütün bu obyektlər bir şəkildə sıradan çıxarıldı. Bu şəkildə Suriya və İraq hava məkanından istifadə edən İsrail hava qüvvələrinin təyyarələri İran daxilində istədikləri yerləri asanlıqla bombaladı.
Məhz baş verən bu kor döyüşə bənzər hadisənin bizə öyrətdiyi ən vacib məqamlardan birincisi sahib olduğunuz sistemlərdən ən təsirli şəkildə istifadə edə bilmək bacarığı, şəxsi heyətinizin hazırlığı və insanlarımızın hər cür hadisəyə qarşı hazırlıqlı olması zərurətidir.
“Eurofighter” təyyarələrinin xüsusiyyətlərinə və üstünlüklərinə nəzər salaq:
“Eurofighter Typhoon” müasir döyüş təyyarələri arasında özünəməxsus yer tutan, çoxfunksiyalı 4.5-ci nəsil döyüş təyyarəsidir.
“Eurofighter” konsorsiumunun üzvləri olan Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın birgə əməkdaşlığı ilə inkişaf etdirilən bu döyüş təyyarəsi həm hava üstünlüyü tapşırıqlarında, həm də quru və dəniz hədəflərinə qarşı əməliyyatlarda istifadə üçün nəzərdə tutulub.
İlk uçuşunu 1994-cü ildə həyata keçirən “Eurofighter Typhoon” müasir döyüş doktrinalarına uyğun olaraq çoxməqsədli qabiliyyətləri, inkişaf etmiş avioniki və təsirli performansı ilə diqqət çəkir.
Ortaq istehsal və dizayn prosesi
“Eurofighter Typhoon” layihəsi ölkələr arasında vəzifə paylaşımına əsaslanan sistemlə idarə olunub.
• Britaniya (BAE Systems): Gövdə dizaynı və avionik inteqrasiyası.
• Almaniya (Airbus Defence): Qanad strukturları və proqram təminatı inkişafı.
• İtaliya (Leonardo): Silah sistemlərinin inteqrasiyası.
• İspaniya (Airbus Military): Təyyarənin arxa gövdə hissəsi.
“Eurofighter Typhoon” aerodinamik baxımdan son dərəcə səmərəli delta qanad və kanart dizaynına malikdir.
Bu dizayn:
• Manevr Qabiliyyəti: Yüksək hündürlükdə və aşağı sürətlərdə belə üstün manevr qabiliyyəti təmin edir.
• Sürət və Sabitlik: Supersəs sürətlərində balanslı uçuş performansı təqdim edir. “Typhoon” saatda 2.450 km sürətə çataraq, dünyanın ən sürətli 4.5-ci nəsil döyüş təyyarələrindən biri olduğunu sübut edib.
Avionik və Sensor Sistemləri
“Eurofighter Typhoon” müasir döyüş meydanında üstünlük əldə etmək üçün inkişaf etmiş sensor və avionik sistemlərlə təchiz olunub:
Bunlar:
• ECR-90 CAPTOR “Radar”: İnkişaf etmiş hədəf aşkarlanması, izləmə və hücum qabiliyyəti təmin edir.
• DASS (Defensive Aids Sub-System): Radioelektron Mübarizə (REM), radar xəbərdarlıq qəbulediciləri və raketə qarşı tədbir sistemlərini əhatə edir.
• “Helmet-Mounted Display” (HMD): Pilotlara vəziyyət üzrə məlumat verən, dəbilqəyə inteqrasiya edilmiş görüntüləmə sistemidir.
“Eurofighter Typhoon” geniş silah çeşidini daşımaq qabiliyyətinə malikdir. Bu onu həm hava üstünlüyü, həm də quru və dəniz hücumları üçün istifadə oluna bilən çoxməqsədli platforma edir.
Silahlar:
• “Hava-Hava” Raketləri: AIM-120 AMRAAM, “Meteor”, AIM-9 “Sidewinder”.
• Hava-Yer Sursatları: “Storm Shadow” qanadlı raketi, “Paveway” lazerlə idarə olunan bombalar.
• Daxili Silah: 27 mm “Mauser” BK-27 topu (hava döyüşlərində kritik üstünlük).
“Eurofighter Typhoon” ümumilikdə 9 tona qədər sursat daşıya və qanad altındakı 13 xarici stansiya sayəsində müxtəlif silah sistemlərini eyni vaxtda istifadə edə bilər.
“Eurofighter Typhoon” təyyarələrinin indiyədək istehsal olunmuş müxtəlif versiyaları mövcuddur. Ən son versiya “Tranche 4” adlandırılır.
“Tranche 4” versiyasının xüsusiyyətləri
• Fokus Nöqtəsi: Yeni nəsil təhdidlərə qarşı üstünlük təmin etməkdir.
• Xüsusiyyətləri: İnkişaf etmiş avionik infrastruktur, artırılmış struktur dayanıqlığı və daha çox tapşırığa uyğunlaşma qabiliyyəti. Bu “Tranche” “Typhoon”un gələcəyini təmsil edən bir struktur kimi diqqət çəkir və digər döyüş təyyarələri ilə rəqabəti davam etdirməsinə imkan verir.
Hazırda “Typhoon” istehsalı “Tranche 4” ilə davam edir. “Tranche 4” üçün yeni silah və pod inkişaf etdirmə işləri davam edir. 2030-cu ilə qədər Almaniya Hərbi Hava Qüvvələrinin “Eurofighter”ləri “Typhoon-EK” adı ilə REM üçün uyğunlaşdırılacaq.
TAYFUN “Block-4” Raketi
TAYFUN raketindən söhbət açdıqda, əsas başa düşməli olduğumuz məqam odur ki, bu, dərin hədəflərdə təsir göstərəcək, etibarlıq səviyyəsi yüksək bir raket sistemidir. Hipersəs səviyyələrinə çatan kreyser sürəti sayəsində HHM sistemi təhdidlərindən azad olur və atıldığı hədəflərə qarşı yüksək zərbə dəqiqliyi təmin edir.
Bu anlayışlar arasında qanadlı raket, ballistik raket və hipersəs raketi kimi sözlər eşidirik.
Ballistik raket ilə adi raket arasındakı fərq nədir?
Ballistik raket və qanadlı raket bir-birindən xeyli fərqlidir. Qanadlı raketlər uçuşlarının böyük bir hissəsində öz-özünə naviqasiya edir, raket yanacağı sayəsində nisbətən düz trayektoriya üzrə və daha aşağı hündürlüklərdə uçurlar. Buna qarşılıq, ballistik raketin uçuş trayektoriyası yuxarıya və aşağıya doğru uzanan böyük yay formasındadır.
Ballistik raket uzun mənzilli, idarə olunan və ya idarə olunmayan, nüvə, kimyəvi və ya bioloji başlıq daşıya bilən bir raketdir. Bu raketlər tək bir nüvə başlığı daşıya bildiyi kimi, bir neçə başlıq daşıyaraq, onları müxtəlif hədəflərə yönəldə bilərlər.
Bu arada “Polad Günbəz” adı verilən Türkiyənin HHM sistemi də yavaş-yavaş formalaşmaqdadır.
“Polad Günbəz” Türkiyənin yerli texnologiya ilə inkişaf etdirdiyi çoxtəbəqəli bir HHM sistemidir. Fərqli hündürlüklərdə vəzifə yerinə yetirən HHM sistemlərinin inteqrasiya olunmuş şəkildə işlədiyi ümumi bir arxitektura kimi təsvir edilir.
“Polad Günbəz” “çox alçaq hündürlükdən çox yüksək hündürlüyə” və “çox qısa mənzildən uzun mənzilə” qədər uzanan təhdidlərə qarşı Türkiyə hava məkanını tam şəkildə əhatə edəcək bir “təhlükəsizlik çətiri” kimi inşa ediləcək.
Türkiyə Müdafiə Sənayesi komitəsinin sədri Haluk Görgün qurumu tərəfindən paylaşılan videoda bildirib: “Milli “Polad Günbəz” layihəmiz HHM sistemlərimizin, sensorlarımızın və silahlarımızın tək bir şəbəkəyə inteqrasiyasını təmin edəcək”.
Layihə süni zəka dəstəkli sistemlərlə təchiz olunacaq və ASELSAN, ROKETSAN və MKE kimi dövlət müdafiə sənayesi oyunçuları ilə yanaşı, dövlət tədqiqat təşkilatı TÜBİTAK SAGE tərəfindən ortaq şəkildə həyata keçiriləcək.

IDEF-də 2025-ci ildə tanıdılan “TAYFUN Block” sisteminin əsas məqsədinin uzun mənzildə yüksək zərbə gücü təmin etmək olduğu açıqlanıb.
Sistemin xüsusiyyətləri aşağıdakılardır:
• İdarəetmə: Koordinata əsaslanan idarəetmə sistemi
• Döyüş başlığı: Ön formalaşdırılmış qəlpəli döyüş başlığı
• Platformalar: TAYFUN silah sistemi
• CEP dəyəri ≤ 10 metr (vuruş dəqiqliyi)
• Qarışdırmaya qarşı dayanıqlılıq

TAYFUN Raketi dərin hədəflərdə təsir göstərən, etibarlıq səviyyəsi yüksək bir raket sistemidir. Hipersəs səviyyələrinə çatan kreyser sürəti sayəsində HHM təhdidlərindən təsirlənmir və yüksək zərbə dəqiqliyi ilə arzu olunmayan zərərlərin qarşısı alınır. Atışa hazır vəziyyətə gətirilmə vaxtının qısa olması və atəş gücünün sürətlə yönləndirilə bilməsi kimi logistika asanlıqları və əməliyyat çevikliyi təmin etməklə yanaşı, sistemin qlobal mövqe müəyyənləşdirmə sistemi qarışdırmalarına qarşı REM müqaviməti də yüksək səviyyədədir. TAYFUN Raketi aşağı ətraf mühit şəraitinə həssaslığı sayəsində gecə və gündüz, hər cür hava şəraitində missiya yerinə yetirə bilir.
Hədəf Növü: HHM Raket Sistemləri, Yumşaq Zirehli və Zirehsiz Silah Sistemləri, Komanda-Nəzarət Mərkəzləri, Hərbi Təyyarə Anqarları, Kritik Hərbi Obyektlər, Strateji Hədəflərdir.
TAYFUN-un əsas məqsədi əslində silahlı qüvvələrimizin uzun mənzildə zərbə gücünü maksimuma çatdırmaq və öz tapşırıq təyinatları çərçivəsində vəzifəni ən yaxşı şəkildə yerinə yetirməkdir.
Santimetr dəqiqliklə nöqtə atışı: “Bu texnologiya bizə məsafədən asılı olmayaraq, çoxlu nöqtə vuruşu ilə istənilən hədəfi təsirsiz hala gətirməyə imkan verəcək bir texnologiya təqdim edir. Bu texnologiyanın bir çox sensoru var. Bunların hamısı açıqlanmır. Amma TAYFUN silah sistemi həqiqətən həm zərbə dəqiqliyi, həm də zərbə gücü baxımından ölkəmizin və dünyanın sayılı sistemlərindən biri kimi qiymətləndirilib”.
Avropa İttifaqının (Aİ) SAFE Proqramı Nədir?
2025-ci il mayın 27-də Aİ-nin üzvləri tərəfindən təsdiqlənən SAFE proqramı nə deməkdir?
Aİ-nin 2030-cu ilə qədər müdafiə sənayesini gücləndirməyi hədəfləyən SAFE təşəbbüsü “ReArm Europe” və “Readiness 2030” planları çərçivəsində formalaşdırılaraq, üzv ölkələrə müdafiə investisiyaları üçün 150 milyard avroluq əlverişli şərtli kredit təmin edir.
Aİ-də Soyuq müharibə dövrünün sona çatmasından etibarən müdafiə sənayesinə kifayət qədər investisiya qoyulmadığından üzv ölkələrin hərbi qabiliyyəti zəifləyib. Bir çox Avropa ölkəsi müdafiə istehsal müəssisələrini digər sahələrə yönəldib, bu isə Aİ-də hərbi sahədə əsasən keyfiyyətli işçi qüvvəsi, istehsal qabiliyyəti, yeni texnologiyalara uyğunlaşma və logistika çevikliyi kimi mövzularda boşluqlar yaradıb.
SAFE proqramı Aİ daxilində mövcud olan qabiliyyətlərə fokuslanaraq, öncəliklə Aİ daxilində ortaq tədarük yolu ilə müdafiə sənayesi istehsalına sərmayə qoymaq istəyən üzv dövlətləri dəstəkləyəcək yeni maliyyə alətidir.
SAFE-in öncəlikləri bunları əhatə edir:
• Avropa Müdafiə Texnologiyası və Sənaye Bazasını (EDTIB) gücləndirmək,
• Ən azı iki Aİ ölkəsi arasında ortaq müdafiə alışlarını təşviq etmək,
• HHM, artilleriya və PUA-lar kimi kritik qabiliyyət boşluqlarını aradan qaldırmaq,
• Aİ-dən Ukraynaya edilən yardımlar nəticəsində azalan silah və sursat ehtiyatlarını yeniləmək,
• Özəl sektor investisiyalarını cəlb etmək üçün şəffaflığı artırmaq.

SAFE EDIRPA, ASAP və EDIP kimi mövcud Aİ proqramlarını tamamlayacaq şəkildə dizayn edilib. Kreditin 65%-i Aİ və ya Avropa İqtisadi Zonası (EEA) ölkələrindəki firmalara ayrılır, 35%-i isə Türkiyə, ABŞ və ya Britaniya kimi Aİ xarici tədarükçülərə verilə biləcək.
Türkiyənin SAFE-ə potensial töhfələri aşağı sahələrdə ön plana çıxır:
PUA-lar:
“Bayraktar” TB2 və “Anka” kimi sistemlər sürətli tədarük, əlverişli xərc və sahədə sübut edilmiş etibarlılıqları ilə Avropa ölkələrinin təcili ehtiyaclarına cavab verə bilər.
Sursat və Raketlər:
ROKETSAN və MKE kimi şirkətlər 155 mm toplar üçün mərmi, raketlər, tank əleyhinə raketlər (UMTAS) və idarə olunan sistemlər (SOM, Atmaca) istehsal edir. Türkiyə NATO standartlarında anbarlama tələblərini sürətlə yerinə yetirə bilər.
Zirehli Nəqliyyat Vasitələri:
“Otokar”, FNSS, “Nurol Makina” və BMC kimi şirkətlərin istehsal etdiyi MRAP, APC və taktiki vasitələr Ukrayna, Macarıstan, Rumıniya və Estoniya tərəfindən aktiv şəkildə istifadə olunur. Aşağı vahid qiyməti kiçik ölçülü Aİ orduları üçün üstünlük təmin edir.
REM, Radar və Kommunikasiya Sistemləri:
ASELSAN-ın KORAL REM sistemi, AESA radarları və şifrələnmiş kommunikasiya həlləri NATO standartlarına uyğundur və döyüş təcrübəsi ilə sübut edilib.
Hava Platformaları və Mühərriklər:
“Kaan” 5-ci nəsil döyüş təyyarəsi layihəsi, T129 “Atak” helikopterləri və TEI-nin yerli mühərrik inkişaf etdirmə işləri ixtisaslaşmış texnologiyalar təqdim edə bilər. “Rolls-Royce” və “Leonardo” kimi tərəfdaşlıqlar da mövcuddur.
Türkiyə SAFE ekosistemində ortaq istehsal, AR-GE əməkdaşlıqları və texnologiya paylaşımına da qoşula bilər.
Məsələn:
- “Nurol Makina”nın Macarıstandakı ortaq təşəbbüsü,
- “Otokar”ın Rumıniyadakı istehsalı,
- “Baykar”ın “Piaggio Aerospace”i satın alması.
Türkiyəli araşdırmaçı-yazar Müjdat Yumak
Ordu.az