Suriya hökuməti İsrailə raket atıldığı iddiasını inkar edib

2025/04/1745999616.jpg
Oxunub: 461     07:16     04 İyun 2025    
Suriya hökuməti İsrailə raket atıldığı iddiasını inkar edərək İsrailin Suriya ərazisini atəşə tutmasını pisləyir.

Ordu.az xəbər verir ki, bu haqda Suriyanın Xarici İşlər Nazirliyi müvafiq bəyanatla çıxış edib.

"Biz hələ də Suriyadan İsrailə atılan atəşlə bağlı məlumatları yoxlayırıq və təsdiq edirik ki, ölkəmiz Yaxın Şərqdə heç bir dövlət üçün təhlükə yaratmayıb və yaratmayacaq da. İsrailin Dəra əyalətini hədəfə alan zərbəsini qətiyyətlə pisləyirik və bunu Suriyanın suverenliyinin kobud şəkildə pozulması hesab edirik", - bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İsrail  


Bizi "telegram"da izləyin