Ordu.az-ın xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
"Xüsusi elçi Uitkoff İran rejiminə çox təfərrüatlı və məqbul təklif göndərdi. Prezident ümid edir ki, onlar bunu qəbul edəcəklər", - o, jurnalistlərə deyib.
Levitt qeyd edib ki, Tehran əks halda ciddi fəsadlarla üzləşəcək.
Çərşənbə axşamı Tramp deyib ki, potensial ABŞ-İran sazişi İslam Respublikası tərəfindən hər hansı formada uranın zənginləşdirilməsini nəzərdə tutmur.
Ordu.az