Ərdoğan TBMM-in sədrini qəbul edib

2025/06/1749012407.jpg
Oxunub: 356     23:36     03 İyun 2025    
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisimizdə keçirilən səsvermə ilə yenidən TBMM sədri seçilən Numan Kurtulmuşu qəbul edib.

Ordu.az xəbər verir ki, Ərdoğan bu barədə “X”dəki səhifəsində yazıb.

Ərdoğan Kurtulmuşu yenidən sədr seçilməsi münasibətilə təbrik edib, qarşıdakı dövrdə TBMM-dəki fəaliyyətində ona uğurlar arzulayıb.

Qeyd edək ki, TBMM-ə səsvermədə Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, TBMM-in hazırkı sədri və İstanbuldan deputat Numan Kurtulmuş 329 səs toplayaraq yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Kurtulmuş  


Bizi "telegram"da izləyin