Çexiya ordusu çoxlu sayda MARS 4×4 HHM platformaları sifariş edib

2025/06/1748936935.jpg
Oxunub: 372     13:14     03 İyun 2025    
Çexiya Müdafiə Nazirliyi Çexiya istehsalı olan MARS 4×4 zirehli platforması əsasında M-SHORAD sistemləri kimi konfiqurasiya edilmiş 24 mobil Hava Hücumundan Müdafiə (HHM) vasitəsi satın aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, avtomobillər İsveç istehsalı olan 3 SAAB RBS 70 "yer-hava" raket buraxılış qurğusunu inteqrasiya edən uzaqdan idarə olunan silah stansiyası ilə təchiz ediləcək və müasir döyüş mühitinin ehtiyaclarına uyğunlaşdırılmış qabaqcıl qısa mənzilli HHM imkanları təklif edəcək.

Müqavilə çərçivəsində hər biri 8 vasitədən ibarət 3 tam M-SHORAD batareyası Çexiya ordusuna təhvil veriləcək.

Qeyd edək ki, M-SHORAD irəliyə yerləşdirilən və manevr edən quru qoşunlarını helikopterlər, alçaqdan uçan sabit qanadlı təyyarələr, pilotsuz uçuş aparatları və dəqiq idarə olunan döyüş sursatları kimi hava təhlükələrindən qoruya bilən mobil, çevik sistemləri ifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   MARS   4×4   HHM  


Bizi "telegram"da izləyin