"HHM" sözünə uyğun 249 nəticə tapıldı!

Ukrayna “Patriot” HHM sistemləri əldə etmək istəyir

2018/09/41262360_526460731116693_6634170295454269440_n_1536161973.jpg
Oxunub: 284     23:37     05 Sentyabr 2018    
Ukrayna Birləşmiş Ştatlardan az miqdarda yer-hava raket sistemləri almağa çalışır. Onların əsas hədəfi isə “Patriot”lardır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukraynanın ABŞ-dakı səfiri Valeri Çali ölkəsinin ABŞ istehsalı havadan müdafiə silahları alma istəyindən bəhs edib.

O bildirib ki, Ukrayna prezidenti Petro Poroşenko bu məsələni iyulun əvvəlində Brüsseldə baş tutan NATO sammitində ABŞ prezidenti Donald Trampla görüşündə də qaldırıb.

Çalinin sözlərinə görə, Kiyev rəsmiləri həmçinin ABŞ milli təhlükəsizlik müşaviri Con Boltonla da bu məsələ ətrafında müzakirələr aparırlar.

“Ukrayna havadan müdafiə sistemlərindən bir kompleksin 750 milyon dollar dəyərində potensial satışı ilə bağlı rəsmi Vaşinqtona sorğu ünvanlayıblar. Zəruri olduğu təqdirdə Ukrayna ordusu üçün ən azı 3 kompleks sistem əldə edilə bilər”, - deyə diplomat söyləyib.

Çali Ukraynanın ABŞ istehsalı hansı HHM sistemi ilə maraqlandığını deməsə də, bunun “Raytheon” istehsalı “Patriot” yer-hava raket sistemləri olması ehtimal edilir. Bu ilin əvvəlində ABŞ İsveçə bu sistemlərdən dördünün satışını nəzərdə tutan 3,2 milyard dollarlıq müqaviləni təsdiqləyib. Bu o deməkdir ki, hər sistemin dəyəri 800 milyon dollar ətrafındadır. Lakin həmin müqavilədə sistemlərlə yanaşı, onların istifadəsinə dair təlimlər, köməkçi ləvazimatlar və əlavə dəstək xidmətləri də nəzərdə tutulmuşdu.

Ağalar Ağalarlı
Ordu.az


Teqlər: Ukrayna   Patriot   HHM-Sistemləri