KİV: Türkiyə Tramp hakimiyyəti dövründə Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilər

2024/12/1734016588.jpg
Oxunub: 499     09:42     05 Yanvar 2025    
Türkiyə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gələndən sonra Rusiya ilə Ukrayna arasındakı danışıqlarda vasitəçi ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” televiziyasının saytında dərc olunan “Rusiyadan sülh əli, Ankara ilə ortaq strategiya quracaq” sərlövhəli məqalədə yazılıb.

Qeyd olunur ki, “pərdəarxası” məlumatlara görə, Rusiya belə bir vasitəçiliyi planlaşdırır: “Mütəxəssislərin fikrincə, Moskva Ermənistan və Mərkəzi Asiyada təsir imkanlarını zəiflədib. Beləliklə, Türkiyənin Rusiya ilə diplomatik münasibətlərdəki gözləntiləri artıb. Ekspertlər hesab edirlər ki, Türkiyə Rusiyaya qarşı meydan oxuyacaq addım atmayacaq, Ankara Moskva və Qərb arasındakı vasitəçilik rolunu gücləndirəcək”.

Xatırladaq ki, ötən ilin noyabrında ABŞ-də keçirilmiş prezident seçkilərində Tramp qalib gəlib. Yanvarın 20-də onun andiçmə mərasimi keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Türkiyə   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin