Rəsmi Tehran Pezeşkianın namizədliyi ilə nəyi hesablayır? – BAXIŞ BUCAĞI

2024/06/1719309044.jpg
Oxunub: 517     14:34     26 İyun 2024    
Məlumatlara görə, İranda keçiriləcək prezident seçkilərində əsas mübarizə parlamentin sədri Məhəmməd Baqer Qalibafla Məsud Pezeşkian arasında gedəcək.

Pezeşkian etnik olaraq Azərbaycan türküdür, ixtisasca kardioloq-cərrahdır, əvvəllər səhiyyə naziri vəzifəsində çalışıb, islahatçı qanadın nümayəndəsi kimi tanınır. Rusiyalı siyasi şərhçilər hesab edirlər ki, onun seçkilərdə iştirakına yüksək fəallığı təmin etmək üçün icazə verilib. Bu nöqteyi-nəzər sübut edir ki, Pezeşkian istənilən halda İranın türkdilli əhalisi üçün məqbul namizəddir. Məlumatlara görə, İran kürdlərinin əksəriyyəti də Pezeşkianın namizədliyini dəstəkləyəcək.

Sonuncunun Rusiya ilə strateji əməkdaşlığın və Cənubi Azərbaycanın muxtariyyətinin tərəfdarı olması vurğulanır. İran-Rusiya münasibətlərində Cənubi Azərbaycan məsələsi hər zaman mövcud olub. Tehranda heç kim unutmayıb ki, Azərbaycan Demokratik Respublikası 1946-cı ildə SSRİ-nin himayəsi ilə elan edilib. O zaman Azərbaycan SSR-in rəhbəri olmuş Mir Cəfər Bağırov ADR-ə böyük yardımlar göstərib.

Əgər Stalin ABŞ və Böyük Britaniyanın qəti tələbi ilə qoşunları çıxarmağa məcbur edilməsəydi, proses şübhəsiz ki, Vahid Azərbaycanın elan edilməsi ilə başa çatacaqdı. Bir il sonra Azərbaycan Demokratik Respublikasının lideri Pişəvəri Kirovabad-Yevlax yolunda avtomobil qəzasının qurbanı oldu.

Tarixşünaslığa görə, 1927-ci ilə qədər İran Qacarların türk imperiyası olub. Hazırda İran son dərəcə çətin dövr yaşayır. Qərbin sanksiyaları iqtisadiyyata təsir edir, sosial gərginlik yüksəkdir. İctimaiyyətin xüsusilə gənc təbəqələri vətəndaş azadlıqları tələb edirlər, həm Təbrizdə, həm kürd bölgələrində, həm də Pakistanla həmsərhəd Sistan-Bəlucistan əyalətində narahatlıq artır.

Pezeşkian bu zəmində təkcə etnik azərbaycanlıları deyil, dini idarəçilikdən yorulan seçiciləri də birləşdirə bilər. Rusiyalı ekspertlər hesab edirlər ki, seçkilərdə intriqa olmayacaq, Qalibaf qalib gələcək. Bəs bunun sadəcə təbliğat olmadığına kim zəmanət verir? Rusiya o namizədin qələbəsinə üstünlük verir ki, həmin qələbə halında hərtərəfli əməkdaşlıq haqqında sazişin müzakirələri bərpa olunacaq və qısa müddət ərzində yekunlaşacaq.

İndiki mərhələdə təbii ki, heç kim Vahid Azərbaycan məsələsini qaldırmayıb. Amma hakimiyyətin istəyindən və səsvermənin nəticələrindən asılı olmayaraq, Pezeşkianın prezident seçkilərində iştirakı real həyatda etnik azərbaycanlıların problemini aktuallaşdırır. Müxtəlif məlumatlara görə, siyasi və biznes elitasında nüfuzlu təmsilçiliyə malik olan İranın türkdilli əhalisi 45 milyondan çoxdur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Prezident   Seçki  


Bizi "telegram"da izləyin