ABŞ nəqliyyat və tanker təyyarələri üçün antidron sistemi axtarır

2024/06/2024--1719408356.jpg
Oxunub: 224     16:38     26 İyun 2024    
Dünyanın hər yerində uçan və son zamanlar Pilotsuz Uçuş Aparatları (PUA) ilə bağlı çoxlu təhdidlər alan ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus nəqliyyat və tanker təyyarələrinə müqavimət göstərmə sistemlərinin alınması üzərində işlərə başlanılıb.

Ordu.az xəbər verir ki, şirkətlərdən RFI olaraq adlandırılan məlumat tələbi istəyən ABŞ HHQ qısa müddətdə bu sistemləri təyyarələrə inteqrasiya etmək üçün çalışmaq istəyir.

Nəqliyyat və ya tanker missiyalarında uçan platformalar bu cür hücumlara qarşı döyüş təyyarələrindən daha həssasdır.

ABŞ Müdafiə Nazirliyinin koordinasiyası ilə həyata keçirilən araşdırmalarda Pentaqonun 1-dən 5-ə qədər siyahıya aldığı PUA sistemlərində əks-tədbirlər üçün 1, 2 və 3-cü qruplardakı PUA-lar hədəf alınıb.

Maksimum 16 min fut yüksəkliklə yanaşı, təyyarələrin ən müdafiəsiz olduqları taksi və qalxma zamanı da əks-sistemin PUA hücumunu təsirsiz hala gətirməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   PUA  


Bizi "telegram"da izləyin