Bolqarıstanın yəhudi icması Ermənistanın son təxribatı ilə bağlı bəyanat verib

2020/07/15954-1595488993.jpg
Oxunub: 15454     10:44     23 İyul 2020    
Bolqarıstan Sionist Federasiyası Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatı barədə bəyanat verib.

Ordu.az xəbər verir ki, bəyanatda Ermənistanın silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək məqsədilə dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat pislənilir, Azərbaycanın 12 hərbi qulluqçusunun və mülki şəxsin ölümü ilə nəticələnən zorakılıq aktından narahatlıq ifadə edilir.

“Biz, yəhudilər və İsrail dövlətinin tərəfdarı olan qeyri-yəhudilər, Azərbaycan xalqının müraciətini və acısını anlayırıq. Biz xüsusilə Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi paytaxtı olan Şuşanın müdafiəsi zamanı əsgər yoldaşlarını xilas edərkən Vətəni uğrunda həlak olmuş Azərbaycan yəhudisi, tank komandiri Albert Aqarunovu xüsusilə xatırlayırıq. Bu gün Albert Aqarunov ölümündən sonra ən yüksək hərbi adı – Azərbaycanın Milli Qəhrəmanı statusunu daşıyır. Son günlər regionda şiddətli mübarizənin gərginləşməsi beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilməməsinin nəticəsidir. Ermənistan beynəlxalq humanitar hüququ pozmuş və regionda sülh və sabitliyə sayğısızlıq nümayiş etdirmişdir.

Ermənistanın son təxribatlarından dərin narahatçılıq keçirərək, biz - Bolqarıstan Sionist Federasiyası bütün hərbi əməliyyatların dərhal dayandırılmasını və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edirik”, - deyə bəyanatda vurğulanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin