Bərdədə şəhid Musayev Müşfiqin xatirəsinə inşa edilən ehsan bulağının açılışı olub - FOTOLAR+VİDEO
Oxunub: 32187
18:29
26 İyun 2020
26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Bərdə rayonu Həsənli kəndində şəhid Musayev Müşfiq Vahid oğlunun xatirəsinə inşa edilən ehsan bulağının açılışı olub.
Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, açılış zamanı karantin rejiminin qaydalarına uyğun olaraq kütləvi toplaşma olmasa da, xatirə bulağının açılışına şəhidin ailə üzvüləri və bir neçə müharibə veteranı qatılıb.
Şəhidin komandiri olmuş Bəxtiyar Hüsüyev bildirib ki, Müşfiq Musayev iştirak etdiyi döyüş əməliyyatlarında xüsusi fəallığı ilə seçilən əsgərlərdən olub. Bir neçə uğurlu əməliyyatlardan sonra o, 1992-ci il avqustun 23-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Hazırda kənddə onun xatirəsinə ucaldılan ehsan bulağı Milli Məclisin deputatı Fatma Yıldırımın təşəbbüsüylə inşa edilib. Bulaq 24 saat içməli su ilə təmin olunub.