Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində “Bilik günü” qeyd edilib - FOTOLAR

2019/09/54-1568649389.jpg
Oxunub: 646     18:35     16 Sentyabr 2019    
Yeni tədris ilinin başlanması münasibətilə Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təntənəli mərasimlər keçirilib. Müdafiə nazirinin tapşırığına əsasən vəzifəli şəxslər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbər heyətinin, tədris müəssisələrinin rəislərinin, professor-müəllim və şəxsi heyətin iştirakı ilə keçirilən təbirlərdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.

Yeni tədris ilinin başlanması ilə əlaqədar şəxsi heyətə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Birinci vitse-prezidentin təbrikləri çatdırılıb.

Mərasimlərdə çıxış edənlər ölkə başçısının təhsil sisteminin inkişafına göstərdiyi qayğını xüsusi vurğulayaraq hərbi təhsilə ciddi diqqət yetirildiyini bir daha qeyd edib, yeni tədris ilinin başlanması münasibətilə şəxsi heyətə təhsildə uğurlar arzulayıblar.
Tədbirlərdə kursantların hazırlıq səviyyəsinin artırılması, nizam-intizamın və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi istiqamətində xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərliyinə Müdafiə nazirinin müvafiq tapşırıq və tövsiyələri çatdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Müdafiə-Nazirliyi  

Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində “Bilik günü” qeyd edilib - FOTOLAR

2019/09/54-1568649389.jpg
Oxunub: 647     18:35     16 Sentyabr 2019    