DSX-nın ilk əsgərləri təltif olunub - FOTOLAR

2019/08/photo-1565872442.jpg
Oxunub: 2127     15:50     15 Avqust 2019    
Bu günlərdə Azərbaycan sərhədçiləri Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyini böyük təntənə ilə qeyd edirlər. Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlət­lərin tarixi həm də onların sərhədlərinin tarixidir.

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində Dövlət Sərhəd Xidməti 1992-ci ildə müstəqil döv­lətimizin sərhədlərinin mühafizəsinə çıxmış ilk sərhədçi əsgərləri də unutmayıb.

1991-ci ildə müstəqilliyini elan etmiş respublikamızın qarşısında duran əsas və­zifə­lər­dən biri silahli qüvvələrin yaradılması, sərhədlərin mühafi­zə­sinin təmin edil­məsi idi. Həmin dövrdə ölkə­mizin Ermənistanın təcavü­zünə məruz qalması, respublika rəh­bərliyinin səriştəsizliyi, milli maraqlara xəyanət­i nəticəsində ölkədəki özbaşınalıq, hərbi xidmətə çağırışın bərbad vəziyyətdə olması, sərhədçi kadrların, o cümlə­dən əsgər heyətinin çatışmamazlığı bu vəzifələri xeyli çətinləşdirirdi. Məhz belə bir dövrdə bütün mərhumiy­yətlərə və çətinliklərə baxmayaraq Azərbaycanın vətənpərvər, qəhrəman oğulları Sovet Sərhəd Qoşunlarından hərbi hissələrin təhvil alınmasında, Azərbaycan sərhədlərinin mühafizəyə götürülmə­sində əsl fədakarlıq nümayiş etdirərək Sərhəd Mühafizəsinin formalaşması prosesinə öz layiqli töhfələrini verdilər.

Avqust ayının 15-də Dövlət Sərhəd Xidmətinin Aparatında Azərbaycan Respub­li­kası müstəqilliyini bərpa etdikdən sonra yaranan Sərhəd Qoşunlarının hərbi hissə­lə­rində şəxsi heyətin siyahısına ilk daxil edilən əsgərlərin “Azərbaycan Sərhəd Müha­fi­zəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunması mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd stra­te­gi­yası­nın Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirilməsi, sərhəd mühafizə infrastruk­turunun təkmil­ləş­dirilməsi, hərbi texnika­nın və xüsusi-texniki ava­dan­lıq­ların yeni­ləş­di­rilməsi, ardı­cıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsini qeyd ediblər.

Tədbirdə həmçinin, 1992-ci ilin avqust ayının 22-də Ulu Öndər Heydər Əli­yevin şəx­si iradəsi, nüfuzu və qətiyyəti sayəsində üçrəngli bayrağımızın müasir dövrdə Azərbaycan Respublikasının Silahlı Qüvvə­lərinin hərbi hissələrində ilk dəfə Nax­çıvan sərhəd dəstəsində qaldırılması və Ulu Öndərin xeyir-duası ilə Sərhəd Qoşun­larının yaradılmasının məhz qədim dövlətçilik ənənələrinə malik, qəhrəmanlıqla dolu tarixi keçmişi olan Naxçıvan­dan başlanması qürur hissi ilə qeyd edilib. Ulu Öndə­rin çağırışı ilə torpaqlarımı­zın erməni işğalçılarından azad edil­məsi uğrunda könüllü olaraq döyüşlərə qatılan sərhəd­çi­lərdən ibarət xüsusi təyinatlı taborun Ağdərə istiqamətində mərdliklə vuruşması, bu döyüş­lərdə rəşadət və şücaət nümunələri gös­tər­məsi minnətdarlıq hissi ilə xatırlanıb, şəhid olmuş sərhədçilər ehtiramla yad ediliblər.

Mərasimdə veteran sərhədçilərə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub. Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı sənədli film maraqla izlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: DSX   100-İL  

DSX-nın ilk əsgərləri təltif olunub - FOTOLAR

2019/08/photo-1565872442.jpg
Oxunub: 2128     15:50     15 Avqust 2019    