Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun zabiti mayor İftixar Cəfərov akademiyanı fərqlənmə ilə bitirərək qırmızı diplom və qızıl medal alıb.
Akademiyanın Ali İmtahan Komissiyasının qərarı ilə ona “Hərb elmləri, hərbi idarəetmə ixtisası üzrə magistr” dərəcəsi verilib.
Qeyd edək ki, bu il ali hərbi təhsil müəssisəsində 67 ölkədən 165 xarici hərbi qulluqçu təhsil alıb. Akademiyanı bitirən məzunlar arasında qırmızı diplom və qızıl medal yalnız Azərbaycan Ordusunun zabiti mayor İ.Cəfərova verilib.
Ordu.az