DSX-nin Mətbuat mərkəzindən
Ordu.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozması və döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramovun yaralanmasından sonra DSX rəisi general-polkovnik Elçin Quliyev hadisə yerinə gedib.
DSX rəisi sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Ordu.az