Qazaxda gənc çağırışçılar hərbi hissələrə yola salınıb - FOTOLAR

2019/07/66150-3125162360.jpg
Oxunub: 1101     14:43     08 İyul 2019    
Həqiqi hərbi xidmətə çağırılmış gənclər vətənə olan borcunu ödəmək üçün təyin edildikləri hərbi hissələrə yola salınıb.

Ordu.az-ın məlumatına görə, gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Heydər Əliyev mərkəzində ordu quruculuğu və Ulu öndər bağlılığını əks etdirən videoçarx izləyiblər. Ümumilli liderin ordu və dövlət quruculuğunu əks etdirən fotolarla tanış olduqdan sonra dövlət himni səsləndirilib. Tədbirdə rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri, müharibə veteranları,şəhid ailələri, hərbçilər və valideynlər çıxış edərək ordu sıralarında qulluq etməyin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıblar. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, komandirlərin hər bir tapşırığını vaxtında yerinə yetirmək tövsiyə edilib. Çağırışçı gənclərin hərbi xidmətə böyük həvəslə getmələri ordu quruculuğundakı uğurların nəticəsi kimi qiymətləndirilib.

Mərasim iştirakçıları hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıblar. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi bildirilib.

Qeyd edilib ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Eyni zamanda, xüsusi olaraq qeyd edilib ki, son illər rayonun gəncləri arasında hərbi çağırışdan yayınma halları qeydə alınmayıb.

Mərasimin sonunda çağırışçı gənclər Azərbaycanın üçrəngli bayrağını öpərək müqəddəs Qurani-Kərimin altından keçiblər və hərbi hissələrə yola düşüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Hərbi-xidmət   Qazax  

Qazaxda gənc çağırışçılar hərbi hissələrə yola salınıb - FOTOLAR

2019/07/66150-3125162360.jpg
Oxunub: 1102     14:43     08 İyul 2019    