Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib - VİDEO (FOTOLAR)
Oxunub: 2148
18:05
22 İyun 2019
İyunun 22-də Silahlı Qüvvələr Günü ərəfəsində hərbi hissələrdə “Açıq qapı” günü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə keçirilən tədbirlərdə qonaqlar şəxsi heyət üçün yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.
Hərbi hissələrin komandanlığının valideynlərlə təşkil olunan görüşlərində, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb və sualları cavablandırılıb. Təqdim edilən konsert proqramlarından sonra hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.
Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib - VİDEO (FOTOLAR)
Oxunub: 2149