Türkiyə DİN: Son bir həftədə 40 terroçu zərərsizləşdirilib

2018/07/thumbs_b_c_1b0e5efa117a78d0f75bdd68d77ffa59_1531136515.jpg
Oxunub: 3920     19:47     09 İyul 2018    
Türkiyə Silahlı Qüvvələri 2-9 İyul tarixlərində ölkənin müxtəlif bölgələrində 1985 əməliyyat həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatların hədəfində PKK, İŞİD və FETÖ terror qruplaşmaları olub.

Bildirilir ki, ötən həftə ərzində havadan və qurudan həyata keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 25 terrorçu məhv edilib, daha 15-i isə sağ şəkildə ələ keçirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Terror   PKK   İŞİD   FETÖ  


Bizi "telegram"da izləyin