Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, ilk olaraq iyulun 13-də Fransa prezidenti Emmanuel Makron müdafiə xərclərinin 18,8 milyard dollar artırılmasını təsdiqləyəcək.
İrəli sürülən qanun layihəsinə görə, Fransa NATO-nun 2%-lik tələbini qarşılamaq məqsədilə qarşıdakı 7 il ərzində hərbi xərclərini mərhələli şəkildə artıracaq. Lakin bunun yarıdan çoxu 2022-ci ildən, yəni Makronun prezidentlik dövründən sonraya təsadüf edəcək.
NATO-nun və Avropanın başqa bir nəhəng iqtisadiyyatına sahib ölkəsi Almaniya da sammit öncəsi müdafiə xərclərinin ÜDM-nin 2%-nə çatdırılacağına dair vədini yeniləyib.
Almaniya Maliyyə naziri növbəti il ərzində müdafiə büdcəsinin 4,65 milyard dollar artırılaraq, 50,5 milyard dollara çatdırılacağını bildirib. Lakin bu rəqəm belə Almaniya ÜDM-sinin 1,2%-nə bərabərdir.
Ağalar Ağalarlı
Ordu.az