Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı hökumət mənbələri yayıb.
Qeyd olunub ki, ordu tərəfindən nəzarətin ələ alındığı Deranın İordaniya ilə sərhədyanı ərazilərində çox sayda silah-sursat və döyüş texnikası aşkar edilərək müsadirə olunub.
Bildirilir ki, tapılan hərbi ləvazimata 3 ədəd tank, 2 ədəd hava hücumundan müdafiə vasitəsi, 40 ədəd tank əleyhinə raket, çox sayda qumbaraatan və bir neçə piyada döyüş silahları, həmçinin 1500 qutu atıcı mərmisi aiddir.
Qeyd edək ki, Deranın İzra şəhərində tapılan silah-sursatın və hərbi texnikanın İŞİD və Ən-Nüsrə terror qruplaşmalarına aid olduğu bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az