ABŞ-ın NATO-dakı nümayəndəsi: "Trampın NATO-ya təzyiqi öz nəticəsini verir"

2018/07/4189749846984684_1531124677.jpg
Oxunub: 2422     16:24     09 İyul 2018    
“ABŞ prezidenti Donald Trampın hərbi xərclərin artırılmasına dair NATO müttəfiqləri üzərindəki təzyiq kampaniyası öz bəhrəsini verir”.

Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın NATO yanındakı nümayəndəsi Key Beyli Hutçison bəyan edib.

“NATO proqres əldə edir və bu, həqiqətən də prezident Trampın inadkarlığı sayəsindədir. Aydındır ki, o, avropalıların öz təhlükəsizlikləri üçün daha çox çalışmaları ilə bağlı qətiyyətini qoruyur”, - deyə Hutçison qeyd edib.

Xatırladaq ki, NATO Baş katibi Yens Stoltenberq bir neçə gün öncə üzv ölkələrin müdafiə xərclərini ÜDM-nin 2%-nə çatdırılması istiqamətində səylərini artırdığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO   Tramp  


Bizi "telegram"da izləyin