Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, bununla HƏMAS İsraillə yeni bir münaqişəyə hazırlaşa bilər. Digər tərəfdən İsrailin bir neçə gün öncə özünün “Dəmir Qübbə” raketdən müdafiə sistemlərini Qəzza zolağı ilə sərhəd bölgəsinə yerləşdirdiyi məlumdur.
“Times of İsrael” mart ayında baş verən qarşıdurmalardan sonra HƏMAS-ın ilk dəfə olaraq öz qüvvələrini Qəzza-İsrail sərhədindəki təhlükəsizlik hasarının yaxınlığına cəmləşdirdiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az