Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat ötən gün Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 23370G layihəsi çərçivəsində donanma üçün çoxfunksiyalı hərbi hidroqrafik katamaranlar alınacaq.
140 ton çəkiyə sahib olacaq gəmilər hərbi dəniz araşdırmaları mərkəzində Rusiya sularının hərbi potensialının və xüsusiyyətlərinin araşdırılması məqsədilə istifadə olunacaq.
Gəmilərin istehsalı üçün adı qeyd olunmayan Rusiya şirkətilə razılıq əldə edildiyi bildirilir.
Qeyd edək ki, katamaranların istehsalına 2019-cu ildən başlanılacaq.
Dəyanət Ağalarlı
Ordu.az