“Russian Helicopters” 2017-ci ildə müştərilərinə 213 helikopter çatdırıb

2018/07/mi-171-Russia-Deliveres-Last-Batch-of-Mi-171E-Helicopters-to-China_1530979871-1_1530985581.jpg
Oxunub: 1795     00:13     08 İyul 2018    
“Russian Helicopters Group” 2017-ci ildə yerli və xarici müştərilərinə ümumilikdə 213 helikopter çatdırıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə kompaniyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2017-ci il ərzində şirkət ümumilikdə 205 helikopter istehsal edib. Yerli və xaricilərə ümumilikdə çatdırılan helikopterlərin sayı isə 213-ə bərabər olub. Əlavə olaraq kompaniya tərəfindən 148 helikopterin təmiri həyata keçirilib.

“Dövlət dəstəyi ilə nəzərdə tutulan tədbirlərin tətbiq edilməsi nəticəsində Rusiya daxilindəki müştərilərə çatdırılan helikopterlərin sayı 5 dəfə atrıb. Bunların əksəriyyətini Mi-8/17 ailəsindən olan “Ansat” yüngül iki mühərrikli helikopterlərdir.

Şirkət dünya helikopter bazarının hazırda 11,5%-ni əlində saxlayır. Hazırda mövcud olan sifarişlərinin dəyəri isə 7,4 milyard dollara çatıb. Bu göstəricilərdə əldə olunan yüksəliş Rusiya Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində aparılan birgə təşəbbüslə əlaqələndirilir.

Ağalar Ağalarlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Helikopter  


Bizi "telegram"da izləyin