Ermənistandakı rus kəşfiyyatçıların dağ hazırlığı təlimləri başlayıb

2017/12/b2c4323e-b30f-4d29-aa0d-771e2303f16c456456_1513165381.jpg
Oxunub: 474     19:42     13 Dekabr 2017    
Kamxud yüksək dağ təlim mərkəzində Gümrü şəhərində dislokasiya olunan Rusiyanın SQ-nin 102-ci hərbi bazasının kəşfiyyat bölmələrinin hərbi qulluqçularının çöl təlimləri başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat yayılıb.

Səhra təlimləri zamanı hərbi qulluqçular xizək və dağ hazırlığı bacarıqlarını təkmilləşdirəcək. Kəşfiyyatçılar şəbəkələri dağıtmaq, keçidlər yaratmaq, xizəklərlə hərəkət zamanı qayalıq əraziləri, dağ çaylarını dəf etməyi öyrənəcəklər.

Təlimlərə 300 hərbi qulluqçu və 50-dək hərbi texnika cəlb edilib. Kəşfiyyat bölmələrinin hazırlığı təlimləri normativlərin qəbul edilməsi ilə yekunlaşacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Təlimlər  


Bizi "telegram"da izləyin