2017-ci il noyabrın 21-də saat 18:35 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrindən birində mina partlayışı nəticəsində ölən erməni hərbiqulluqçularla bağlı xidməti araşdırmalar yekunlaşıb və nəticələri məlumdur.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni mətbuatının suallarını cavablandıran MN-nin mətbuat xidmətinin rəisi Artsrun Hovhanisyan bildirib. Lakin kimlərin necə cəzalandırılması barədə məlumat verə bilməyəcəyini qeyd edib.
Xatırladaq ki, ön xətt bölmələrində mühəndis işləri apararkən, mina partlayışı nəticəsində 22 yaşlı Qeğam Zakaryan, 19 yaşlı Sarkis Abrahamyan, 20 yaşlı Sarkis Məlikyan ölüb, hərbi qulluqçu Narek Hoveyan isə ağır yaralanıb.
Yaralı erməni hərbi qulluqçusu hazırda İrəvan hərbi hospitalında müalicə edilir. Hadisə ilə bağlı xidməti araşdırmalardan əlavə cinayət istintaq araşdırmaları da davam edir.
Alpər Mövludoğlu
Ordu.az