Məmmədyarov-Nalbandyan görüşü yanvar ayının ikinci yarısında keçiriləcək

2017/12/98995_ta8mjrywjt4535_1513152842.jpg
Oxunub: 364     16:11     13 Dekabr 2017    
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan arasında görüş yanvar ayının ikinci yarısında keçiriləcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Yunanıstanda səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Həmsədrlərin təşəbbüsü ilə Xarici İşlər nazirlərinin yanvarın ikinci yarısında görüşünün təşkil edilməsinə dair razılıq əldə edilib", - deyə Edvard Nalbandyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   ATƏT  


Bizi "telegram"da izləyin