Erməni KİV-ləri: Müdafiə naziri xarici işlər naziri təyin ediləcək - Bəs Nalbandyan?

2017/12/435345345_1513147666.jpg
Oxunub: 505     14:45     13 Dekabr 2017    
Ermənistan müdafiə naziri Vigen Sarkisyan xarici işlər naziri, Edvard Nalbandyan isə prezident olacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan rəhbərliyi özünün dar əhatəsində 2018-ci il aprel ayından sonra müəyyən xüsusi vəzifələrdə konkret adamların təyin olunmasına dair qərar qəbul edib.

Demək olar ki, Ermənistan xarici işlər naziri vəzifəsində indiki müdafiə naziri Vigen Sarkisyanın təyin edilməsi, xarici işlər naziri Edvard Nalbandyanın isə Ermənistan prezidenti olması barədə yekun qərar verilib.

Maraqlıdır ki, 2018-ci ilin aprel ayından sonra müdafiə naziri vəzifəsinə kim təyin ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   MN   XİN  


Bizi "telegram"da izləyin