İrəvan və Moskva birgə HHM sisteminin yaradılması məsələlərini müzakirə edir

2017/12/s-300_yerevan_01546456_1513146105.jpg
Oxunub: 387     14:18     13 Dekabr 2017    
12-15 dekabr tarixləri arasında İrəvanda Rusiya müdafiə nazirliyi və Ermənistan müdafiə nazirliyinin HHM qoşunları idarəsinin nümayəndələrindən ibarət işçi qrupları “Qafqazda kollektiv təhlükəsizlik hava hücümundan müdafiə birləşmiş bölgə sisteminin yaradılması haqqında” razılaşmanın müddəalarının icrası və qaydalarının hazırlanması ilə bağlı məsələləri müzakirə edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatda bildirilib.

Xatırladaq ki, Moskvada 2016-cı ilin iyun ayında birləşmiş HHM sisteminin yaradılması ilə bağlı məsələlər müzakirə edilmişdi. Əlavə edək ki, qeyd olunan razılaşma Ermənistan və Rusiya arasında 23 dekabr 2015-ci ildə imzalanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HHM   CHD   Rusiya-Ermənistan  


Bizi "telegram"da izləyin