Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "Sülh Dialoqu" ictimai təşkilatının sədri Edqar Xaçatryan "Xalq-Ordu" konsepsiyasına dair öz fikirlərini və narahatlıqlarını açıqlayıb.
O, Avropada bunun tam əksi olan əsgər-vətəndaş konsepsiysından söz açıb.
Onun sözlərinə görə, Avropada istənilən əsgər vətəndaşdır, belə olan halda birbaşa əsgərdir. Ermənistanda isə tam əksinə vətəndaş əsgər hesab edilir. Edqar Xaçatryan ordudakı daha bir problem haqqında danışıb. O, qeyd edib ki, zabit heyəti orduda məmur övladlarına hər hansı təsir vasitələrinin olmadığından şikayət edir.
Xaçatryan, zabitlərin məmur övladlarına hər hansi irad bildirdiyi halda yuxarı komandanlıq və ya nazirliyin tənqidinə rast gəldiklərini bildirib. Hüquq müdafiəçisi yeni qəbul edilən qanunda bunun qarşısını alan hər hansı mexanizmin nəzərdə tutulduğuna inanmadığını qeyd edib.
"Yeni xalq-ordu konsepsiyası millətin hərbiləşdirilməsinə yönəlib. İllərdir baş verən 1020 ölüm hadisəsinin 70% -nin Azərbaycanla əlaqəsi yoxdur. Bu ölümlərə səbəb daxili çəkişmələr, özünəqəsd, öldürmə, bədbəxt hadisələr və sağlamlıq problemləridir.
Xalq-ordu konsepsiyasının əsasını orduda adam olsun prinsipi təşkil edir. Hansı üsulla və təbliğatla, artıq bu texniki məsələdir", - deyə Edqar Xaçatryan öz narahatlığını bildirib.
Alpər Mövludoğlu
Ordu.az