Deyr əz-Zorda İŞİD-in silah anbarı aşkarlanıb (VİDEO)

2017/12/full-15129906187086ccb1686091e5ed6a3ffa24f257a5456456_1512999518.jpeg
Oxunub: 505     17:37     11 Dekabr 2017    
Suriya ordusu Deyr əz-Zor vilayətində İŞİD terror qruplaşmasına məxsus iri silah anbarını aşkarlayıb.

Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, Suriya Quru Qoşunları və Rusiya Aerokosmik Qüvvələrinin birgə hücumu nəticəsində terrorçular sığınacaq və anbarı tərk edərək qaçmağa başlayıblar.

Qeyd edək ki, anbar Deyr əz-Zor vilayətinin cənub-qərbində, Məyadin və Əbu-Kamal arasında aşkarlanıb. Obyektə baxış keçirilməsi əməliyyatı isə videoya çəkilib.

Suriya ordusuna qənimət qismində xeyli sayda texnika və atıcı silahlar, o cümlədən artilleriya üçün külli miqdarda döyüş sursatı aşkar edilib, onlardan böyük əksəriyyəti isə ümumiyyətlə qablaşdırmadan çıxarılmayıb.

Maraqlıdır ki, hərbi sursatların böyük əksəriyyəti Qərb istehsalıdır. Həmin silahların İŞİD terrorçularının əlinə necə düşməsi isə tapmaca olaraq qalır.

Vurğulayaq ki, silahlar və hərbi texnika içərisində kustar üsulla hazırlananların sayı da az deyil.

Ağalar Qəribov
Ordu.az

Teqlər: İŞİD   SQQ   Terror  

Xəbər lenti

Deyr əz-Zorda İŞİD-in silah anbarı aşkarlanıb (VİDEO)

2017/12/full-15129906187086ccb1686091e5ed6a3ffa24f257a5456456_1512999518.jpeg
Oxunub: 506     17:37     11 Dekabr 2017    