Ordu.az “Politexpert.net” saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“Əgər terrorçular yenidən baş qaldırsa, biz onlara hələ heç vaxt görmədikləri yeni zərbələr endirəcəyik”, - deyə Rusiya prezidenti Rusiyanın Suriyanın “Latakiya” hərbi bazasında hərbçilər qarşısında çıxış edərkən bildirib.
Qeyd edək ki, hələ 2016-cı ilin mart ayında Rusiya prezidenti tapşığın uğurla yerinə yetirilməsinə görə, Rusiya Aerokosmik Qüvvələrinin Suriyadan çıxarılması barədə əmr qəbul edib. Lakin bununla belə, İŞİD-in yeni mövqelər ələ keçirməsi səbəbilə Rusiya qoşunları orada qalmışdı.
Ağalar Qəribov
Ordu.az