Ordu.az xəbər verir ki, bu barədə İraq KİV-ləri məlumat yayıb.
İraq hökumət qüvvələri İŞİD terror qruplaşması üzərində qələbə şərəfinə böyük hərbi parad keçirilib. Bağdadın mərkəzi küçələrindən hərbi texnika, həmçinin İraq Silahlı Qüvvələrinin hərbi qulluqçuları və “Həşd əş-Şaabi” silahlıları keçiblər.
Qeyd edək ki, daha öncə İraq baş naziri Heydər əl-Abadi İraqda İŞİD üzərində tam qələbə qazanıldığını bəyan edib.
Ağalar Qəribov
Ordu.az