Lavrov və Tillerson Vyanada görüşəcəklər

2017/12/034535_1512193428.jpg
Oxunub: 399     13:41     02 Dekabr 2017    
ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov növbəti həftə Vyanada Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində görüşəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi jurnalistlərlə söhbət zamanı dövlət katibinin Avropaya səfərini müzakirə edərkən bildirib.

“Tilerson dekabrın 7-də ATƏT-in iclası çərçivəsində Lavrovla görüşəcək”, - deyə Dövlət Departamentinin əməkdaşı qeyd edərək vurğulayıb ki, görüşün tarixinin dəyişməsi də mümkündür.

O əlavə edib ki, Tillersonla Lavrov KXDR, Ukrayna və Suriya da daxil olmaqla bir çox beynəlxalq məsələləri müzakirə edəcəklər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Suriya-böhranı   Donbas  


Bizi "telegram"da izləyin