Almaniya KXDR-ə qarşı ABŞ-ın tələbinə dəstək verdi

2017/12/308024CF-17D6-43C9-98BF-65A1A6DC39D3_w1200_r1_s34534_1512132269.jpg
Oxunub: 479     20:43     01 Dekabr 2017    
“Almaniya Federativ Respublikası ABŞ-ın Pxenyana təsirin güclənidirlməsi barədə tələbini dəstəkləyir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Rayner Broyl bəyan edib.

“Amerikalılar KXDR-ə təsirin artırılmasını tələb edirlər. Bu isə koreyalıları danışıqlar masasına qaytarmalıdır. Almaniya bu tələbləri dəstəkləyir”, - deyə Broyl bildirib.

O həmçinin əlavə edib ki, Berlin də öz fəaliyyətini Avropadan olan həmkarları ilə sıx əməkdaşlıq şəklində razılaşdırmağa hazırlaşır və istəyir ki, bu məsələdə avropalılar bir tərəfdə olsunlar.

Broyl Vaşinqtonun Berlindən Pxenyandakı səfiri geri çağırmaqla bağlı tələbi haqqında məlumatın da doğru olmadığını qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Almaniya  


Bizi "telegram"da izləyin