Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyinin tanış olduğu statistik məlumatlarda qeyd olunub.
Məlumata görə, 2026-cı ilin yanvar-mart aylarında Rusiyaya işləmək üçün daxil olan Ermənistan vətəndaşlarının sayı 42 min 366 nəfər olub.
2025-ci ilin eyni dövründə bu göstərici 45 min 526 nəfər təşkil edib.
Ümumilikdə isə 2026-cı ilin birinci rübündə Rusiyaya gedən Ermənistan vətəndaşlarının sayı 112 min 741 nəfər olub. Müqayisə üçün qeyd olunub ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 125 min 143 nəfər idi.
Rusiyaya səfər edənlərdən 50 min 699 nəfər şəxsi məqsədlərlə, 3,2 min nəfər təhsil almaq üçün, 1568 nəfər turizm məqsədilə, 1308 nəfər isə işgüzar səfərlə ölkəyə daxil olub.
Bundan əlavə, 12 min 289 Ermənistan vətəndaşı Rusiyaya xidmət heyətinin üzvü kimi daxil olub, 1311 nəfər isə ölkədən tranzit marşrut kimi istifadə edib.
Statistikaya əsasən, Ermənistan vətəndaşları Rusiyaya əsasən hava yolu ilə səfər ediblər. Bu üsuldan 69 min 761 nəfər istifadə edib.
Avtomobil nəqliyyatı ilə sərhədi keçənlərin sayı 39 min 857 nəfər təşkil edib. Piyada şəkildə sərhədi keçənlərin sayı 3054 nəfər, dəmir yolundan istifadə edənlərin sayı isə cəmi 68 nəfər olub.
Qqeyd olunur ki, son dövrlərdə İrəvan Avropa İttifaqı ilə inteqrasiyanı xarici siyasət prioritetlərindən biri kimi təqdim edir.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirmişdi ki, Avropa İttifaqına inteqrasiya Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığının dayandırılmasına və təşkilata üzvlükdən əldə etdiyi üstünlüklərin itirilməsinə gətirib çıxara bilər.
Bununla yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində olmadığını və mümkün olduğu müddətdə həm təşkilata üzvlüyü, həm də Avropa İttifaqı ilə inteqrasiyanı paralel şəkildə davam etdirmək istədiyini bildirib.
Alpər Mövludoğlu
Ordu.az