Ordu.az “Krasnaya zvezda” qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiya Qara dəniz donanmasının komandanı Aleksandr Vitko bildirib.
Vitkonun sözlərinə görə, “Admiral Qriqoryeviç” hazırda Aralıq dənizində üzən “Velikiy Novqorod” və “Kolpino” sualtı gəmilərinə qoşulacaq.
Xatırladaq ki, 1135,6 layihəsinin freqatları düşmənin sualtı və suüstü gəmiləri, həmçinin hava hücmunun qarşısının alınması üçün nəzərdə tutulub.
Ordu.az
“Admiral Qriqoryeviç” də 1135,6 layihəsinin digər gəmiləri kimi, uzaq mənzilli “Kalibr” və “Oniks” qanadlı raketləri, “Ştil” raket kompleksi, 100 millimetrlik artilleriya qurğusu, “Kortik” zenit kompleksi və terpedalarla təchiz edilib. Həmçinin freqatların göyərtəsində Ka-31 helikopterlərini yerləşdirmək mümkündür.