"KXDR ABŞ-la razılaşmanın mümkünlüyünə inanmır" - Aleksey Çapa

2017/12/150996272534534_1512119208.jpg
Oxunub: 435     17:45     01 Dekabr 2017    
“Şimali Koreya silahlanmağa davam edərək düşünür ki, bu tədbirlər olmadan ABŞ onları məhv edər”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə KXDR-də Rusiya Dövlət Duması nümayəndə heyətinin tərkibinə daxil olan və Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitə rəhbərinin müavini Aleksey Çapa bəyan edib.

“ABŞ vəziyyəti qəlizləşdirir, bu isə Şimali Koreyanın qəzəblənməsinə səbəb olur. Hazırda onlar hesab edirlər ki, əgər silahlanma proqramından imtina etsələr, ABŞ dərhal ölkələrini məhv edəcək. Şəxsən məndə belə bir təəssürat yaranıb ki, KXDR Rusiyanın iştirakı ilə ABŞ-la razılaşmağın mümkün olacağına ümidvardır”, - deyə Çapa bildirib.

Onun sözlərinə görə, KXDR ABŞ-la razılaşmanın mümkünlüyünə inanmır və nüvə nəhənginə çevriləcəyinən əmindir.

“Lakin bu, mümkün deyil”, - deyə Çapa KXDR-in iddiasını şərh edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ-Rusiya  


Bizi "telegram"da izləyin