"The National Interest": KXDR ABŞ-a raket atsa milyona yaxın insan həlak olacaq

2017/12/pic_d53f45bf9451aa910827346a213bf268345345_1512119250.jpg
Oxunub: 460     16:52     01 Dekabr 2017    
“Şimali Koreya atom bombasının partlayışından dərhal sonra milyona yaxın insan xəsarət alacaq”.

Ordu.az xarici “National Interest” nəşrinə istinadən xəbər verir ki, bu barədə nəşrin analitiki Daniel di Petris KXDR-in ABŞ paytaxtına nüvə zərbəsi endirə biləcəyi halda bu hadisənin nəticələrindən bəhs etdiyi məqaləsində bəyan edib.

“Paytaxtda və onun ətrafında təxminən 412 880 nəfər öləcək, eyni sayda insan isə yaralanacaq. Vaşinqtonun mərkəzi, xüsusən Ağ Ev və Kaitoli binası məhv olacaq”, - deyə ekspert bildirib.

Di Petris öz qiymətləndirməsində KXDR-in noyabrın 29-da keçirdiyi raket sınağının nəticələrinə istinad edir.

“Raket 13 min kilometr uçuş məsafəsi qət etməyə qadidir, bu isə ona ABŞ-ın qitə hissəsinin istənilən şəhərinə zərbə endirməyə imkan verir”. – deyə ekspert vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Nüvə  


Bizi "telegram"da izləyin