Ordu.az xarici “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə İraq baş nazirinin nümayəndəsi Saad əl-Hədisi bildirib.
“İraq ordusu ölkənin yaşayış məntəqələrini terrorçulardan təmizləməyi bitirib, indi isə Anbar və Nayvana vilayətlərinin hüdudunda yerləşən səhra əraziləri ilə məşğul olacaq”, - deyə Saad əl-Hədisi qeyd edib.
O həmçinin vurğulayıb ki, səhra ərazilərinin bir hissəsi üzərində də nəzarət bərpa olunub, lakin ordu qarşısında əraziləri bütövlükdə terrorçulardan təmizləmək vəzifəsi qoyulub.
“İqlim şərtləri İŞİD-ə uyğun olsa da, hazırda onların hücumlarımızın qarşısını almaq və ya nəzarət altında olan ərazi sərhədlərini genişləndirmək üçün gücləri yoxdur”, - deyə əl-Hədisi bildirib.
Ağalar Qəribov
Ordu.az